Yaponiyada sunami təhlükəsi səbəbindən 171 mindən çox insan təxliyə ediləcək

 15:19 20.04.2026     296

Yaponiyada güclü zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, "Kyodo News"un yanğınsöndürmə idarəsinə istinadən yaydığı məlumata görə, Sakit Okeanda 7,5 bal gücündə zəlzələ qeydə alınıb.

Məlumata əsasən, təkanlar Honşu adasının şimalında, "Aomori Prefecture" və "Iwate Prefecture" bölgələri yaxınlığında baş verib.

Hadisədən sonra sunami xəbərdarlığı elan olunub. Hazırda İvate prefekturası sahillərində qeydə alınan sunami dalğasının hündürlüyü təxminən 80 santimetrdir. Daha əvvəl isə dalğaların 3 metrə qədər yüksələ biləcəyi barədə xəbərdarlıq edildiyi bildirilmişdi.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən