ABŞ-nin ələ keçirdiyi İran gəmisi hərbi yüklərlə bağlı ola bilər - KİV

 16:39 20.04.2026     305

ABŞ qüvvələri tərəfindən ələ keçirilən gəmi ilə bağlı yeni detallar açıqlanıb.

Redaktor.az xəbər verir ki, "The Wall Street Journal" qəzetinin məlumatına görə, İran bayrağı altında üzən MV Touska yük gəmisi sanksiyalara məruz qalan dövlətə məxsus gəmiçilik şəbəkəsinə bağlı olub.

Hesabatda bildirilir ki, gəmi İran İslam Respublikası Gəmiçilik Xətlərinin törəmə şirkəti tərəfindən idarə olunub və potensial hərbi məqsədlər üçün yüklərin daşınmasında istifadə edildiyi iddia olunur.

Məlumata əsasən, MV Touska ötən ayın sonlarında Çinə səfər etdikdən sonra İrana doğru hərəkət edib.

Qeyd olunur ki, hadisə ABŞ və İran arasında artan gərginlik fonunda baş verib və regionda dəniz təhlükəsizliyi məsələlərini yenidən gündəmə gətirib.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən