Doha hava limanı yenidən açılır - Beynəlxalq uçuşlar bərpa olunur

 16:46 20.04.2026     288

Qətərdə beynəlxalq uçuşların bərpası ilə bağlı qərar açıqlanıb.

Redaktor.az xəbər verir ki, "Al Jazeera"nın məlumatına görə, Qətər Mülki Aviasiya İdarəsi Dohadakı Həməd Beynəlxalq Hava Limanına və oradan həyata keçirilən xarici aviaşirkətlərin uçuşlarının tədricən bərpa olunduğunu elan edib.

Qurum bildirib ki, bu qərar vəziyyətin hərtərəfli qiymətləndirilməsindən sonra və bütün aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə qəbul olunub. Məqsədin isə ən yüksək təhlükəsizlik və əməliyyat effektivliyini təmin etmək olduğu vurğulanıb.

Məlumata görə, Qətər daha əvvəl İranın ABŞ və İsrailin hücumlarına cavab olaraq bölgəyə dron və raket zərbələri endirməsi fonunda hava məkanını bağlamışdı. Martın 7-də isə hava məkanı qismən açılmış, əsasən milli aviadaşıyıcı "Qatar Airways" tərəfindən bəzi uçuşlara icazə verilmişdi.

Hazırda isə beynəlxalq uçuşların mərhələli şəkildə bərpasına başlanıldığı bildirilir.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən