İranda internet kəsintisi 53 gündür davam edir

 12:25 21.04.2026     227

İranda internet kəsintilərinin davam etdiyi bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə "NetBlocks" monitorinq şirkəti məlumat yayıb.

Bildirilib ki, ölkədə internet məhdudiyyətləri artıq 53-cü günə çatıb. Məlumata əsasən, hakimiyyət orqanları yalnız seçilmiş istifadəçilərə və bəzi müəssisələrə mərhələli giriş imkanı yaratsa da, əhalinin böyük hissəsi qlobal internet şəbəkəsindən təcrid olunmuş vəziyyətdə qalır.

"NetBlocks"un açıqlamasında qeyd olunub ki, bu “pilləli giriş” sistemi fonunda rəqəmsal məhdudiyyətlərin sosial və iqtisadi təsirləri getdikcə artır.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən