"Tanker ABŞ xəbərdarlıqlarına baxmayaraq ərazi sularına daxil olub" - İran ordusu

 13:27 21.04.2026     210

İran ordusu ABŞ dəniz qüvvələrinin xəbərdarlıqlarına baxmayaraq İran tankerinin ölkə sularına daxil olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə İran ordusunun ictimaiyyətlə əlaqələr xidməti məlumat yayıb.

Bildirilib ki, bazar ertəsi axşamı Ərəbistan dənizindən keçən İran tankeri ABŞ dəniz qrupunun bir neçə xəbərdarlığına və təhdidlərinə baxmayaraq ölkənin ərazi sularına daxil olub.

Qeyd olunub ki, tanker hazırda İranın cənub limanlarından birində yerləşdirilib və vəziyyət nəzarət altındadır.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən