ABŞ sanksiyalı tankerə müdaxilə etdi: Dəniz əməliyyatı keçirildi
ABŞ sanksiyalara məruz qalan tankerə qarşı dəniz əməliyyatı həyata keçirib.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ qüvvələri Hind-Sakit okean regionunda heç bir insident olmadan M/T “Tifani” tankerini saxlayaraq ona minib. Qeyd olunub ki, əməliyyat beynəlxalq hüquqa uyğun olaraq həyata keçirilib.
Nazirlikdən verilən məlumata görə, bu addım İrana maddi dəstək verən qanunsuz şəbəkələrə qarşı daha geniş dəniz nəzarəti tədbirlərinin tərkib hissəsidir.
Açıqlamada vurğulanıb ki, ABŞ qanunsuz fəaliyyət göstərən və sanksiyalara məruz qalan gəmilərə qarşı qlobal səviyyədə tədbirləri davam etdirəcək: “Beynəlxalq sular sanksiyalı gəmilər üçün sığınacaq deyil”.
Həmçinin qeyd olunub ki, bu cür əməliyyatlar vasitəsilə qanunsuz aktorların dənizdə sərbəst hərəkət imkanlarının qarşısı alınacaq.
Aminə ŞAHSUVARQIZI













