“Ucuz bəyanatları dayandırın” - İran Britaniyaya sərt cavab verdi

 15:51 21.04.2026     229

İranın Londondakı səfirliyi Böyük Britaniyaya sərt mesaj göndərib.

Redaktor.az xəbər verir ki, səfirlik X sosial şəbəkəsində paylaşım edərək Britaniyanı “ucuz bəyanatları dayandırmağa” çağırıb.

Bildirilib ki, bu açıqlama Böyük Britaniyanın daxili işlər naziri İvet Kuperin atəşkəslə bağlı fikirlərinə cavab olaraq verilib. İran tərəfi Londonu ABŞ və İsraili müharibə cinayətlərinə görə məsuliyyətə cəlb etmək üçün qlobal çağırışlara qoşulmağa dəvət edib.

Səfirliyin paylaşımında qeyd olunub: “Ucuz bəyanatları bir kənara qoyun və ABŞ və İsrail rejimlərini müharibə cinayətlərinə görə məsuliyyətə cəlb etmək üçün qlobal ictimai rəyə qoşulun”.

Qeyd edək ki, İvet Kuper daha əvvəl altı gün ərzində bir neçə ölkəyə səfər etdiyini və Hörmüz boğazının açılması üçün beynəlxalq təzyiqlərin artırılması məqsədilə ondan çox həmkarı ilə görüşlər keçirdiyini açıqlamışdı.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən