İranda 138 min mülki obyekt zərər görüb: Minlərlə insan həyatını itirib

 15:53 21.04.2026     277

İranda münaqişə nəticəsində mülki infrastruktura ciddi ziyan dəydiyi bildirilir.

Redaktor.az xəbər verir ki, İranın SNN telekanalının məlumatına görə, ABŞ və İsrail qüvvələrinin zərbələri nəticəsində münaqişənin başlanğıcından bəri təxminən 138 min mülki obyekt zərər görüb.

Bildirilib ki, zərər çəkən obyektlər arasında 113 mindən çox yaşayış binası, təxminən 23 min 500 kommersiya obyekti, 300-dən artıq tibb müəssisəsi, 32 universitet və 993 təhsil müəssisəsi var.

Məlumata görə, fevralın 28-dən başlayan hücumlar nəticəsində İranda 3300-dən çox insan həlak olub.

Qeyd edək ki, aprelin 8-də tərəflər arasında iki həftəlik atəşkəs elan edilib. Həmçinin ABŞ və İran arasında 11–12 aprel tarixlərində İslamabadda keçirilən danışıqlar razılaşma olmadan yekunlaşıb.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən