Tramp Çindən İrana göndərilən “hədiyyə”nin ələ keçirildiyini AÇIQLADI
ABŞ Prezidenti Donald Tramp İrana məxsus gəminin ələ keçirilməsi ilə bağlı açıqlama verib.
Redaktor.az xəbər verir ki, Tramp CNBC-yə müsahibəsində gəmidə daşınan yükün Çindən göndərildiyini bildirib.
Onun sözlərinə görə, bu hadisə gözlənilməz olub: “Bu, Çinin "hədiyyəsi" idi. Mən təəccübləndim. Düşünürdüm ki, Si Cinpinlə razılaşmışdıq”.
ABŞ Prezidenti məsələ ilə bağlı əlavə detallara toxunmasa da, hadisəni iki ölkə arasında əvvəlki anlaşmalar kontekstində qiymətləndirib.













