"Hücum olarsa, sarsıdıcı zərbələr endiriləcək" - SEPAH-dan sərt XƏBƏRDARLIQ!

 09:53 22.04.2026     242

SEPAH döyüşə hazır olduqlarını bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) açıqlama yayıb.

Bildirilib ki, qurum çərşənbə günü verdiyi bəyanatda düşmənlərlə qarşıdurmaya tam hazır olduqlarını vurğulayıb. Məlumata görə, açıqlama qüvvələrin yaranmasının ildönümü münasibətilə edilib.

Bəyanatda qeyd olunub ki, SEPAH düşmənlərə qarşı mübarizəni davam etdirməyə hazırlığın ən yüksək səviyyəsindədir.

“Düşmənlərə qarşı mübarizəni davam etdirməyə hazırlığın zirvəsindəyik və təcavüz təkrarlanarsa, onların bölgədəki aktivlərinə ağlasığmaz dərəcədə sarsıdıcı zərbələr endirəcəyik”, – deyə bəyanatda vurğulanıb.

Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən