"BAEA olmadan İranla razılaşma “illüziya”dır" - Qrossidən XƏBƏRDARLIQ

 10:38 22.04.2026     333

BAEA rəhbəri İranla razılaşmalara agentliyin daxil edilməsini vacib sayır.

Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru Rafael Qrossi İranın nüvə proqramına nəzarətin təmin olunması üçün istənilən sülh razılaşmasına agentliyin əvvəldən daxil edilməsinin vacibliyini vurğulayıb.

“Əks təqdirdə, razılaşma illüziyasına düşəcəksiniz”, – deyə o qeyd edib.

Məlumata görə, Qrossi Tehran və Vaşinqton arasında müharibəyə son qoymaq səylərini “mürəkkəb proses” kimi qiymətləndirib və bu prosesin uğurlu olması üçün davamlılığın təmin edilməsinin vacib olduğunu bildirib.

“Düşünürəm ki, sülhə şans vermək çox vacibdir”, – deyə o əlavə edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Pakistanın xahişi ilə 8 apreldə razılaşdırılan və 22 apreldə başa çatmalı olan İranla iki həftəlik atəşkəsin müddətinin uzadıldığını açıqlayıb. Onun sözlərinə görə, İrana qarşı hücumlar ölkə rəhbərliyi və nümayəndələri vahid təkliflə çıxış edənədək dayandırılacaq.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən