Hörmüzdə Konteyner gəmisinə hücum edildi - Heyət xilas oldu

 10:42 22.04.2026     360

Hörmüz boğazında konteyner gəmisinə hücum edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Bildirilib ki, hadisə Omanın şimal-şərqində, təxminən 15 dəniz mili məsafədə baş verib. Məlumata görə, hücum nəticəsində yanğın və ya ətraf mühitə təsir qeydə alınmayıb, bütün heyət üzvləri sağ-salamatdır.

Agentliyin açıqlamasına əsasən, gəmi kapitanı hücumun İran Hərbi Dəniz Qüvvələri tərəfindən həyata keçirildiyini iddia edib. Qeyd olunub ki, İran gəmisi konteyner gəmisinə yaxınlaşaraq atəş açıb və heyətlə radio əlaqəsi yaratmağa cəhd etməyib.

Hadisə nəticəsində ticarət gəmisinin idarəetmə körpüsünün ciddi zədələndiyi bildirilir.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən