İranda internet kəsintisi 54-cü gündə
İranda internet kəsintisinin 54 gündür davam etdiyi bildirilir.
Redaktor.az xəbər verir ki, bu barədə internetin monitorinqi ilə məşğul olan "NetBlocks" şirkəti məlumat yayıb.
Bildirilib ki, ölkədə internetə çıxışda məhdudiyyətlər çərşənbə günü 54-cü gününə daxil olub və qlobal şəbəkələrə ümumilikdə 1272 saatdan çox fasilə qeydə alınıb.
"NetBlocks"un açıqlamasında qeyd olunub ki, davam edən məhdudiyyətlər qeyri-mütənasib xarakter daşıyır və bu, ölkədə insan hüquqları sahəsində baş verən pozuntuların gizlədilməsinə xidmət edə bilər.
Aminə ŞAHSUVARQIZI













