Həmkarını qısqanıb onu CHATGPT ilə zəhərləməyə ÇALIŞDI

 13:05 22.04.2026     217

ABŞ-də elmi-tədqiqat əməkdaşının həmkarını zəhərləməyə cəhd etdiyi iddia olunur.

Redaktor.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb. Hadisə University of Wisconsin–Madison nəzdində fəaliyyət göstərən Influenza Research Institute laboratoriyasında baş verib.

Məlumata görə, elmi işçi Makoto Kuroda həmkarını peşəkar qısqanclıq zəminində zəhərləməyə çalışıb. Bildirilir ki, zərərçəkən şəxs aprelin 6-da su qabındakı suyun qəribə dad verdiyini hiss edib və onu tüpürüb. Sonradan aparılan analizlərdə mayedə xloroform izləri aşkarlanıb.

İstintaq materiallarına əsasən, Kuroda hadisədən sonra zərərçəkənə yaxınlaşaraq bunu özü etdiyini bildirib. Daha sonra planının uğursuz alındığını anlayaraq professorlardan birinə elektron məktub göndərib və ana dilində hadisəni etiraf edib.

Polisə ifadəsində şübhəli şəxs uzun müddətdir həmkarına qarşı narazılıq hiss etdiyini deyib. O, həmkarının iş yerində davranışından, laboratoriya qaydalarına əməl etməməsindən və yüksəliş almasından narazı olduğunu bildirib.

İddialara görə, Kuroda paraformaldehid və Trizol maddələrinin qarışığından istifadə edib, təhlükəli dozanı isə iş kompüterində OpenAI məhsulu olan ChatGPT vasitəsilə hesablayıb.

Şübhəli şəxs aprelin 10-da saxlanılıb. Ona 5 min dollar girov təyin edilib və laboratoriyaya yaxınlaşması qadağan olunub. Universitet rəhbərliyi isə onun inzibati məzuniyyətə göndərildiyini açıqlayıb. Növbəti məhkəmə iclası iyunun 1-nə təyin olunub.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən