İranla əlaqəli 34 tanker ABŞ blokadasını pozub - Milyonlarla barel neft daşınıb
İranla əlaqəli tankerlərin ABŞ blokadasını pozduğu bildirilir.
Redaktor.az xəbər verir ki, bu barədə “Financial Times” Vortexa şirkətinə istinadən məlumat yayıb.
Bildirilib ki, ən azı 34 tanker ABŞ-ın tətbiq etdiyi dəniz blokadasını pozaraq hərəkət edib. Məlumata görə, bu gəmilərdən 19-u Fars körfəzi istiqamətində, 15-i isə Ərəbistan dənizindən İrana daxil olub.
Qeyd olunub ki, xaricə yönələn tankerlərdən altısı ümumilikdə təxminən 10,7 milyon barel İran xam nefti daşıyıb.
Hesablamalara əsasən, Brent markalı neftə 10 dollarlıq endirim nəzərə alınarsa, daşınmaların təxminən 910 milyon dollar gəlir gətirdiyi bildirilir.
Məlumata görə, sanksiyalar səbəbindən İran nefti adətən dünya bazar qiymətindən daha aşağı qiymətlərlə satılır.
Aminə ŞAHSUVARQIZI













