"Yaxın Şərq münaqişələri Qərbin geosiyasi siyasətinin nəticəsidir" - Lavrov

 13:37 22.04.2026     310

Rusiyanın XİN rəhbəri Yaxın Şərq münaqişələri ilə bağlı açıqlama verib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov danışıb.

Bildirilib ki, Lavrov Yaxın Şərqdə və digər regionlarda davam edən münaqişələrin Qərb ölkələrinin geosiyasi siyasəti nəticəsində formalaşdığını iddia edib.

“Bu münaqişələrin çoxu, o cümlədən Ukrayna böhranı, dünyaya Qərbi Avropa və Şimali Amerikanın əsas paytaxtlarından neokolonial baxışla yanaşan geosiyasi mühəndislər tərəfindən təşkil edilib”, – deyə o bildirib.

Qeyd edək ki, Lavrov bu fikirləri Yaxın Şərqdə davam edən gərginlik fonunda səsləndirib.

Məlumata görə, aprelin 14-də Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub və tərəflər regiondakı böhranın sülh yolu ilə həlli imkanlarını müzakirə ediblər.

Hər iki tərəf Yaxın Şərqdə gərginliyin azaldılması və diplomatik həll yollarının dəstəklənməsi istiqamətində əməkdaşlığa hazır olduqlarını bildirib.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən