“Düşmən bizim üçün vaxt müəyyən edə bilməz” - Ejeidən Trampa CAVAB

 13:42 22.04.2026     211

İran məhkəmə rəhbərindən ABŞ-nin atəşkəs qərarına sərt reaksiya gəlib

Redaktor.az xəbər verir ki, bu barədə İran məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhsəni Ejei açıqlama verib.

Bildirilib ki, o, ABŞ Prezidenti Donald Trampın atəşkəsin uzadılması ilə bağlı qərarına münasibət bildirib və İranın bu prosesdə xarici tərəflərin diktəsinə tabe olmayacağını vurğulayıb.

“Düşmən bizim üçün vaxtı müəyyən etmək iqtidarında deyil”, – deyə Ejei bildirib.

O əlavə edib ki, İran həm xarici təhdidlər, həm də daxili sabitlik baxımından ayıq-sayıq olmalı və ölkənin maraqlarını qorumağa davam etməlidir.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən