"Rosatom" dünyada AES reaktorunda radiotoksik tullantıları yandıran ilk şirkət oldu

 09:04 23.04.2026     212

Rusiyanın "Rosatom" şirkəti dünyada ilk dəfə olaraq atom elektrik stansiyasının (AES) reaktorunda işlənmiş nüvə yanacağında olan çox təhlükəli radioaktiv maddələrin "yandırılması" prosesini uğurla həyata keçirib.

Redaktor.az-ın "kp.ru" saytına istinadən verdiyi məlumata görə, şirkətin bu yeni texnologiyası gələcəkdə nüvə energetikasının ekoloji təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırmağa kömək edəcək.

Beloyarsk AES-in 4-cü enerji blokunda sürətli neytronlarla işləyən BN-800 reaktorunda dünyada ilk təcrübi-sənaye istismar proqramı başa çatıb. Proqram çərçivəsində uran-plutonium yanacağının tərkibinə "minor aktinidlər" - yəni ən yüksək radiotoksikliyə və uzunömürlülüyə malik komponentlər əlavə edilib və onların "yandırılması" prosesi icra olunub.

Vumart və Güvən reklamı Vumart Güvən