“Hörmüz boğazında mina yerləşdirən gəmilər vurulacaq” - Tramp
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında mina yerləşdirməyə cəhd edən gəmilərlə bağlı sərt açıqlama verib.
Redaktor.az xəbər verir ki, Tramp “Truth Social” platformasında paylaşım edərək ABŞ Hərbi Dəniz Qüvvələrinə belə əməliyyatlara cəhd edən istənilən gəmini hədəfə almaq əmri verdiyini açıqlayıb.
“ABŞ Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazında mina yerləşdirən istənilən qayığı vurmağı əmr etmişəm. Heç bir tərəddüd olmayacaq”, – deyə o bildirib.
Qeyd olunub ki, ABŞ Prezidenti həmçinin bölgədə mina təmizləmə əməliyyatlarının intensivləşdiriləcəyini və bu işlərin “üçqat artırılmış səviyyədə” aparılacağını vurğulayıb.













