Pakistan və İran XİN başçıları dialoqu gücləndirməyi müzakirə etdi

 14:07 24.04.2026     198

Pakistan və İran XİN başçıları dialoqu müzakirə edib

Redaktor.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Pakistanın xarici işlər naziri İshaq Dar iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Qeyd olunub ki, söhbət zamanı tərəflər mövcud və həllini gözləyən məsələlərin yalnız dialoq və əməkdaşlıq yolu ilə aradan qaldırıla biləcəyini vurğulayıblar.

Məlumata görə, nazirlər regional sabitlik və qarşılıqlı münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

Açıqlamada dialoqun davam etdirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən