Hörmüzdə təhlükə artır: Heqset “ölümcül güc” xəbərdarlığı etdi
ABŞ Hörmüz boğazında gəmiçiliyin risk altında olduğunu açıqlayıb
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset Pentaqonda keçirilən brifinqdə bildirib.
Bildirilib ki, Heqset Hörmüz boğazında kruiz və ticarət gəmilərinin təhlükə ilə üzləşdiyini və bölgədə gəmiçiliyin yüksək risk şəraitində məhdud şəkildə davam etdiyini deyib.
Qeyd olunub ki, o, bu vəziyyətə səbəb kimi İranın kiçik və sürətli silahlanmış qayıqlardan istifadə etdiyini göstərib.
Məlumata görə, nazir tranzitin “gözləniləndən daha məhdud və daha riskli” olduğunu vurğulayıb.
Açıqlamada qeyd edilib ki, ABŞ qüvvələri blokadanı pozmağa cəhd edən gəmilərə qarşı qəti tədbirlər görməyə hazırdır.
Heqset bildirib ki, əvvəlki tədbirlərdən sonra bəzi gəmilər geri dönmək məcburiyyətində qalıb.
O əlavə edib ki, bu blokadanın real olduğunu vurğulayaraq, lazım gəldiyi halda ölümcül gücdən istifadə edilə biləcəyini istisna etməyib.
Aminə ŞAHSUVARQIZI













