Pakistanın xarici işlər naziri Lavrovla telefon danışığı apardı
Pakistan və Rusiya XİN başçıları telefonla Yaxın Şərq və ikitərəfli əməkdaşlığı müzakirə edib
Redaktor.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, Pakistanın xarici işlər naziri İshaq Dar ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Qeyd olunub ki, tərəflər Pakistan Baş naziri Şahbaz Şərifin Rusiyaya planlaşdırılan səfərinin tarixləri, eləcə də Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə ediblər.
Məlumata görə, görüş zamanı ikitərəfli münasibətlər və beynəlxalq təhlükəsizlik məsələləri üzrə çoxtərəfli platformalarda əməkdaşlıq da gündəmə gətirilib.
Açıqlamada qeyd edilib ki, Lavrov Pakistanın İran və ABŞ arasında dialoqun asanlaşdırılmasında oynadığı rolun yüksək qiymətləndirildiyini bildirib.
Bildirilib ki, İshaq Dar Pakistanın bütün mübahisəli məsələlərin həllində diplomatiya və dialoqa sadiq qaldığını vurğulayıb.
Qeyd olunub ki, tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin artırılmasının vacibliyini də müzakirə ediblər və Pakistanın Rusiyaya dəvəti yenidən təsdiqlənib.
Aminə ŞAHSUVARQIZI













