İranda casusluq ittihamı ilə 9 nəfər saxlanıldı

 14:44 27.04.2026     182

İranda casusluq ittihamları ilə bağlı həbslər həyata keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Bildirilib ki, ölkənin cənub-şərqində yerləşən Kirman əyalətində doqquz nəfər casusluq ittihamı ilə saxlanılıb.

Məlumata görə, həbslərin hansı xüsusi əməliyyat çərçivəsində həyata keçirildiyi və saxlanılan şəxslərin kimliyi barədə əlavə detallar açıqlanmayıb.

Qeyd edilib ki, istintaq tədbirləri davam etdirilir və hadisə ilə bağlı araşdırmalar genişləndirilir.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən