İranla əlaqədə ittiham olunan 5 nəfərə ömürlük həbs cəzası verildi

 15:20 28.04.2026     194

İranla əlaqəli olduğu iddia edilən şəxslərə qarşı sərt hökm çıxarılıb.

Redaktor.az xəbər verir ki, rəsmilərin açıqlamasına görə, İranla “terror və düşmənçilik aktları” planlaşdırmaqda ittiham olunan beş nəfər ömürlük həbs cəzasına məhkum edilib.

Bildirilib ki, dövlət ittihamçısı yayılan bəyanatda xarici düşmən qurumlarla əlaqə qurmağın milli təhlükəsizliyə qarşı ən ağır cinayətlərdən biri hesab olunduğunu vurğulayıb.

Açıqlamada qeyd olunub ki, bu cür fəaliyyətlər ölkənin təhlükəsizliyinə ciddi təhdid yaradır və qanunvericiliyə uyğun olaraq ən sərt şəkildə cəzalandırılır.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən