Hörmüz boğazı gərginliyinə “görünməmiş cavab” siqnalı - İrandan XƏBƏRDARLIQ
İranın yüksək səviyyəli təhlükəsizlik mənbələri Hörmüz boğazı ətrafında ABŞ-nin hərbi fəaliyyətlərinin davam etməsi halında “praktik və görünməmiş” cavab verilə biləcəyi barədə xəbərdarlıq ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə "Press TV" məlumat yayıb.
adı açıqlanmayan mənbə İran Silahlı Qüvvələrinin Baş Qərargahı ilə əlaqəli strukturlara istinad edərək, ABŞ-nin dəniz əməliyyatlarını genişləndirməsinin regionda gərginliyi daha da artırdığını bildirib.
Məlumata görə, mənbə İranın indiyədək təmkinli davranmasının diplomatik proseslərə imkan yaratmaq məqsədi daşıdığını, lakin mövcud şərtlər dəyişərsə cavabın sərtləşə biləcəyini qeyd edib.
Bildirilib ki, İran tərəfi bölgədəki hərbi aktivliyi “qırmızı xəttin yaxınlaşması” kimi qiymətləndirir və vəziyyətin inkişafından asılı olaraq addımlar atıla biləcəyini istisna etmir.
Aminə ŞAHSUVARQIZI













