ABŞ lideri Hörmüzü "Tramp boğazı" adlandırdı - FOTO

 09:33 30.04.2026     184

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Hörmüz boğazının adını dəyişdirərək onu "Tramp boğazı" adlandırıb.

Redaktor.az xəbər verir ki, dövlət başçısı bu barədə özünə məxsus olan "Truth Social" sosial şəbəkə platformasında məlumat yayıb.

Tramp etdiyi paylaşıma su hövzəsinin üzərində "Strait of Trump" yazısı olan şəklini əlavə edib. Ağ Ev rəhbəri həmin paylaşımına heç bir əlavə şərh yazmayıb.

ABŞ lideri Hörmüzü Tramp boğazı adlandırdı - FOTO

Vumart və Güvən reklamı Vumart Güvən