"Atəşkəs qərarı Ukraynanın mövqeyindən asılı deyil" - Kreml

 15:53 30.04.2026     246

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov atəşkəs məsələsi ilə bağlı açıqlama verib.

Redaktor.az xəbər verir ki, Peskov bildirib ki, atəşkəsin tətbiqi üçün Ukraynanın cavabı həlledici deyil. Onun sözlərinə görə, bu qərar Rusiya dövlət başçısına aiddir və icra olunacaq.

Qeyd olunub ki, Kreml rəsmisi Kiyevdən “ən azı adekvat bir reaksiya” gözlənildiyini, lakin hələlik heç bir cavab verilmədiyini də əlavə edib.

Bildirilib ki, Peskovun açıqlamasına əsasən, Rusiya tərəfi atəşkəs qərarını öz daxili siyasi qərarı kimi qiymətləndirir.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən