ABŞ-nin hərbi gəmisində daha bir qəza

 09:59 01.05.2026     249

Aprelin sonlarında ABŞ-nin "USS Higgins" esminesində elektrik sistemində yaranan nasazlıq gəminin tamamilə işıqsız qalmasına səbəb olub.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a ABŞ Hərbi Dəniz Qüvvələrinin 7-ci donanmasının mətbuat xidmətinin nümayəndəsi Metyu Komer məlumat verib.

"2026-cı il aprelin 28-də Hind-Sakit okean regionunda planlı əməliyyatlar həyata keçirən "Arleigh Burke" sinfinə aid "USS Higgins" esminesi elektrik paylayıcı sistemində texniki problemin olduğunu bildirib", - deyə məlumatda vurğulanır. Qeyd olunur ki, gəmi boyunca enerjinin kəsilməsi onun hərəkət qabiliyyətini itirməsi ilə nəticələnib.

Rəsmi açıqlamaya əsasən, hərbi gəmidə elektrik enerjisinin verilişi artıq bərpa edilib.

Vumart və Güvən reklamı Vumart Güvən