“Hörmüzlə bağlı birtərəfli razılaşmalara etibar yoxdur” - BƏƏ
Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) yüksək vəzifəli rəsmilərdən biri Hörmüz boğazı ilə bağlı vəziyyət və İranla münasibətlərə dair açıqlama verib.
Redaktor.az xəbər verir ki, rəsmi şəxs cümə günü bildirib ki, Tehranın birtərəfli razılaşmalarına etibar etmək mümkün deyil və bu, regionda dərin inamsızlığın davam etdiyini göstərir.
Məlumata görə, İranla bağlı gərginliyin iki aydan çox davam etməsi fonunda Hörmüz boğazında vəziyyət hələ də tam sabitləşməyib və əsas dəniz marşrutu qismən bağlı qalır. ABŞ Hərbi Dəniz Qüvvələrinin İran neft ixracına mane olması da vəziyyəti daha da gərginləşdirib.
Qeyd olunur ki, bu məhdudiyyətlər qlobal neft və qaz tədarükünün təxminən 20 faizinə təsir göstərərək enerji qiymətlərinin artmasına və mümkün iqtisadi geriləmə ilə bağlı narahatlıqların yüksəlməsinə səbəb olub.
Aminə ŞAHSUVARQIZI













