Merts İrəvanda keçiriləcək sammitində iştirak ETMƏYƏCƏK

 17:15 02.05.2026     294

Almaniya Kansleri Fridrix Merts "Avropa Siyasi Birliyi"nin mayın 4-də İrəvanda keçiriləcək sammitinə qatılmayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə TASS DPA-ya istinadən məlumat yayıb.

"Fridrix Merts digər öhdəlikləri ilə əlaqədar (Ermənistana - red.) səfər edə bilmir", - Almaniya hökumətinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, F.Merts "Avropa Siyasi Birliyi"nin əvvəlki iki sammitində artıq iştirak edib və bir çox iştirakçılarla aktiv təmasdadır.

Vumart və Güvən reklamı Vumart Güvən