Maqadandakı kömür mədənində 4 nəfərin meyiti aşkarlandı

 18:44 03.05.2026     287

Rusiyanın Maqadan bölgəsindəki kömür mədənində aparılan axtarışlar zamanı dörd nəfərin meyiti tapılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

"Mayın 3-də Susumanski şəhər rayonunda axtarış-xilasetmə əməliyyatları zamanı dörd nəfərin meyiti aşkar edilib. İlkin məlumata görə, dağıntılar altında səkkiz nəfərə qədər insan qala bilər", - deyə açıqlamada bildirilir.

Qeyd olunub ki, axtarış-xilasetmə əməliyyatları gecə-gündüz davam edir.

Xatırladaq ki, aprelin 30-da Maqadan bölgəsindəki Kadıkçanski açıq kömür mədənində sel nəticəsində qaya kütləsi uçqunu baş verib.

Vumart və Güvən reklamı Vumart Güvən