"ABŞ ilə münasibətlərdə gərginlik artır" - Starmerdən ETİRAF
Böyük Britaniyanın Baş naziri Kir Starmer Avropa Siyasi Birliyinin zirvə toplantısında çıxış edib.
Redaktor.az xəbər verir ki, Starmer Donald Tramp ilə Avropa arasında münasibətlərdə gərginliyin yüksək olduğunu etiraf edib.
Bildirilib ki, Avropa liderləri ABŞ Prezidentinin Ukrayna müharibəsinə marağının azalmasından narahatdır və bu səbəbdən sammit çərçivəsində Avropa İttifaqının Kiyev üçün kredit mexanizmi ilə bağlı danışıqlara başlamağı planlaşdırırlar.
Qeyd olunub ki, Tramp İranla bağlı mövqeyinə görə Böyük Britaniya da daxil olmaqla ənənəvi müttəfiqlərini tənqid edib. Starmer isə Yaxın Şərqdəki böhranın qlobal iqtisadiyyata və Avropadakı vətəndaşların rifahına təsir etdiyini vurğulayıb.
Məlumata görə, NATO-nun da bu vəziyyətdə təzyiq altında qaldığını bildirən Baş nazir deyib: “Etibar etdiyimiz bəzi ittifaqların istədiyimiz səviyyədə olmadığını inkar edə bilmərik. İttifaqlarda lazım olduğundan daha çox gərginlik var və buna görə də birlikdə hərəkət etməyimiz vacibdir”.
Aminə ŞAHSUVARQIZI













