ABŞ Maliyyə Nazirindən Hörmüz bəyanatı: “Nəzarət bizdədir”

 17:36 04.05.2026     296

ABŞ Maliyyə Naziri Skott Bessent “Fox News”a verdiyi müsahibədə Hörmüz boğazı ilə bağlı açıqlama verib.

Redaktor.az xəbər verir ki, Bessent ABŞ-nin bu strateji su yolunda “mütləq nəzarətə” sahib olduğunu və boğazın açıq saxlanıldığını bildirib.

Bildirilib ki, o həmçinin ABŞ-nin yalnız hücumlara cavab olaraq güc tətbiq etdiyini vurğulayıb.

Qeyd olunub ki, Bessent Donald Tramp ilə Si Cinpin arasında aparılan telefon danışıqlarında İran məsələsinin də müzakirə olunduğunu bildirib.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən