İrandan BƏƏ-yə xəbərdarlıq: "Bütün maraqlarınız hədəfə alına bilər"
"Əgər Əbu-Dabi mövcud vəziyyətdə Tehrana qarşı hər hansı bir qeyri-rasional addım atmaq qərarına gələrsə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) regiondakı maraqları İran silahlı qüvvələrinin hədəfinə çevriləcək".
Redaktor.az xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi yüksəkrütbəli mənbəsinə istinadən məlumat yayıb.
Mənbə əlavə edib ki, regiondakı qeyri-sabitlik BƏƏ üçün ölümcül təhlükə yaradır.













