İranda internet kəsintisi 67 gündür ki, davam edir

 12:29 05.05.2026     172

İranda internetin kəsilməsi artıq 67-ci gününə çatıb və bu vəziyyət müharibə dövründə informasiya əldə edilməsi ilə bağlı narahatlıqları artırır.

Redaktor.az xəbər verir ki, "NetBlocks"un məlumatına görə, İran demək olar ki, beynəlxalq şəbəkələrdən tam təcrid olunub.

"NetBlocks" əlavə edib ki, bu məhdudiyyətlər ölkədə artan edamlar barədə məlumatların yayılmasına mane olur, həmçinin qurbanların görünməsini, hesabatlılığı və ifadə azadlığını ciddi şəkildə məhdudlaşdırır.

Məlumata görə, İran tarixində ən uzunmüddətli ölkə miqyaslı internet kəsintilərindən biri ilə üzləşib və bəzi dövrlərdə əlaqə səviyyəsi demək olar ki, sıfıra enib. Bu da həm rabitəni, həm də müstəqil xəbərlərin yayılmasını ciddi şəkildə çətinləşdirib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən