Trampdan NATO və Avropaya sərt ittihamlar: “Silahlar Ukraynaya gedir, biz isə çox xərcləmişik”
Şimali Atlantika Müqaviləsi Təşkilatı öz ehtiyacları üçün silah alır, lakin çox güman ki, həmin silahlar sonradan Ukraynaya ötürülür.
Redaktor.az xəbər verir ki, Trampın sözlərinə görə, Avropa ölkələri NATO üçün silah alır və bu silahların Ukraynanın istifadə etməsi üçün yönləndirilməsi ehtimalı var.
O iddia edib ki, ABŞ əvvəllər NATO-ya “trilyonlarla dollar” xərcləyib və alyansın əsas maliyyə yükünü daşıyıb. Tramp əlavə edib ki, indi Avropa ölkələri daha çox xərcləyir, çünki buna imkanları var.
ABŞ prezidenti bildirib ki, “raketlər alırsınızsa, onların pulunu ödəməlisiniz” və Avropa ölkələrinin müdafiə xərclərində daha məsuliyyətli olmalı olduğunu vurğulayıb.
O həmçinin İranla bağlı mövqeyə görə bəzi Avropa ölkələrindən narazılığını ifadə edərək, NATO çərçivəsində əvvəlki dəstəyin yetərli olmadığını qeyd edib.
Aminə ŞAHSUVARQIZI













