Tramp İrana qarşı hərbi əməliyyatların başlamasına göstəriş verə BİLƏR
ABŞ Prezidenti Donald Tramp bu həftə İranla bağlı hərbi əməliyyatların yenidən başlanmasına göstəriş verə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, bəzi Amerika və İsrail rəsmiləri hesab edirlər ki, əgər diplomatik danışıqlarda çıxılmaz vəziyyət davam edərsə, Tramp yaxın günlərdə müharibənin yenidən başlaması barədə qərar verə bilər.
Aytəkin TOFİQQIZI













