ABŞ-nin yanacaq-doldurma təyyarəsi həyəcan siqnalı GÖNDƏRDİ
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “KC-135” yanacaqdoldurma təyyarəsi Fars körfəzi üzərində hava məkanında həyəcan siqnalı göndərib.
Bu barədə Redaktor.az xarici KİV-ə istinadən xəbər verir.
Birləşmiş Ərəb Əmirliklərində yerləşən Əl-Dafra aviabazasından havaya qalxan təyyarə 7700 həyəcan kodunu ötürüb ki, bu da bortda təcili eniş tələb edən fövqəladə vəziyyətin yarandığını göstərir.
Məlumata görə, təyyarə enişə başlamazdan əvvəl bir müddət dairəvi trayektoriya üzrə uçub.













