Çin Ukraynanın borc tələblərini rədd etdi - Pekindən sərt mövqe

 16:22 06.05.2026     200

Çin Ukraynanın 30,8 milyard dollarlıq borcun təxirə salınması ilə bağlı müraciətini təkzib edib.

Redaktor.az xəbər verir ki, məlumat "Sohu" nəşrinə istinadən yayılıb.

Bildirilib ki, Vladimir Zelenski Çindəki səfiri vasitəsilə Pekinə müraciət edərək maliyyə çətinliklərini əsas gətirib borcun ödənişinin təxirə salınmasını və yükün yüngülləşdirilməsini istəyib.

Məlumata görə, Ukrayna tərəfi imtina olunduğu halda Tayvan boğazı və Şimali Koreya ilə bağlı məsələlərə işarə edib. Çin isə bu bəyanatları “panik və əsassız” adlandırıb.

Pekin rəsmiləri bildiriblər ki, borcun silinməsi və ya təxirə salınması mümkün deyil və müqavilə şərtlərinə tam əməl olunmalıdır. Çin tərəfi borcun vaxtında və gecikməsiz ödənilməsini tələb edir.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən