“Sülh danışıqları üçün hələ tezdir” - Trampdan İran AÇIQLAMASI

 16:36 06.05.2026     304

Donald Tramp ABŞ və İran arasında mümkün sülh danışıqları barədə yayılan xəbərlərə münasibət bildirib.

Redaktor.az xəbər verir ki, "New York Post" qəzetinin məlumatına görə, Tramp Vaşinqton və Tehran arasında müharibəyə son qoymaq üçün çərçivə razılaşmasına yaxınlaşma iddialarına baxmayaraq, sülh danışıqlarına hazırlaşmaq üçün “hələ tez” olduğunu deyib.

O, Pakistana mümkün səfərlə bağlı suala cavabında bildirib ki, belə bir plan hazırda real görünmür.

“Düşünürəm ki, bunu edəcəyik, amma bu hələ çox uzaqdır”, – deyə o qeyd edib.

Məlumata görə, bu açıqlamalar ABŞ və İran arasında 67 günlük münaqişəyə son qoyacaq memorandum ehtimalı ilə bağlı xəbərlərin fonunda verilib.

Tramp daha əvvəl “Truth Social” platformasında bildirib ki, əgər İran razılaşmanı qəbul etsə, Hörmüz boğazı yenidən bütün gəmiçilik üçün açılacaq. Əks halda isə ABŞ-nin hərbi əməliyyatlarının daha da güclənəcəyi ilə bağlı xəbərdarlıq edib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən