Netanyahu əl-Nəhyanla söhbətində İranla bağlı xəbərdarlıq etdi

 16:41 06.05.2026     211

İsrail Baş naziri Benyamin Netanyahu ilə BƏƏ Prezidenti Məhəmməd bin Zayed əl-Nəhyan arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bu barədə İsrailin BƏƏ-dəki səfirliyi məlumat yayıb.

Əl-Nəhyanla söhbətində Netanyahu İranın BƏƏ-yə son hücumlarını regional sabitliyə təhdid kimi qiymətləndirib.

Telefon danışığında o, İsrailin keçmişdə olduğu kimi ən yaxın müttəfiqlərinin yanında olduğunu və sülh və təhlükəsizliyin birgə təmin olunmasına sadiqliyini vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən