Zooparkda nadir heyvan balası DOĞULDU

 16:59 06.05.2026     218

Rusiyanın Nijni Novqorod şəhərində yerləşən “Limpopo” zooparkında nadir Afrika heyvanı "borudişli" balası dünyaya gəlib.

Redaktor.az xəbər verir ki, zooparkın məlumatına görə, bu növ Rusiyada yalnız iki zooparkda çoxalır.

Məlumata əsasən, yeni doğulan balanın həyatda qalması çətin olduğundan, heyvan baxıcıları onu hər 4 saatdan bir əl ilə qidalandırırlar. Bildirilir ki, balanın vəziyyəti sabitdir və iştahı yaxşıdır.

Mütəxəssislər qeyd ediblər ki, "borudişli"lərdə cinsiyyət fərqləri çox zəif olduğu üçün balanın cinsi yalnız bir qədər böyüdükdən sonra müəyyən ediləcək.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən