Yanğınsöndürmə təyyarəsi qəzaya uğradı: pilot öldü
Polşanın Lublin Voivodeship ərazisində yanğınsöndürmə əməliyyatında iştirak edən təyyarə qəzaya uğrayıb.
Redaktor.az xəbər verir ki, hadisə Bilgoraj yaxınlığında yerləşən Osuchy kəndi ərazisində baş verib.
Məlumata görə, “Dromader” tipli təyyarə böyük meşə yanğınının söndürülməsi zamanı idarəetməni itirərək yerə çırpılıb. Nəticədə pilotun həyatını xilas etmək mümkün olmayıb.
Polis ilkin ehtimallara görə, qəzanın əlverişsiz hava şəraiti ilə bağlı ola biləcəyini bildirib. Hadisənin dəqiq səbəbləri araşdırılır.
Qeyd olunur ki, bölgədə baş verən meşə yanğını artıq 250 hektardan çox ərazini əhatə edib və söndürmə işlərinə yanğınsöndürənlər, hərbçilər və aviasiya qüvvələri cəlb olunub.
NURİYYƏ













