İran Hörmüz boğazından keçidə məhdudiyyət QOYDU

 20:14 06.05.2026     237

İran Hörmüz boğazından keçidə məhdudiyyət tətbiq edib.

Redaktor.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bildirilib ki, çərşənbə günü Hörmüz boğazını keçməyə çalışan gəmilər "Islamic Revolutionary Guard Corps" Hərbi Dəniz Qüvvələri tərəfindən şifahi xəbərdarlıqlar alıblar. Xəbərdarlıqda su yolunun bağlı qaldığı qeyd olunub.

Məlumata görə, həmin mesajın səs yazısı boğazdan keçidi gözləyən yunan gəmi sahibinə təqdim edilib.

Vumart və Güvən reklamı Vumart Güvən