Trampdan İran mesajı: "Çox yaxşı danışıqlar apardıq, saziş mümkündür"

 23:28 06.05.2026     240

ABŞ lideri Donald Tramp son 24 saat ərzində Vaşinqton və Tehran arasında keçirilən müzakirələri yüksək qiymətləndirib.

Redaktor.az "TASS" agentliyinə istinadən xəbər verir ki,  Prezidentin sözlərinə görə, tərəflər arasında "çox yaxşı" danışıqlar baş tutub.

Jurnalistlərə açıqlama verən Tramp, iki ölkə arasında yeni sazişin imzalanmasının "çox mümkün" olduğunu vurğulayıb. O qeyd edib ki, Tehran tərəfi danışıqlarda və yekun sazişin əldə olunmasında olduqca maraqlı görünür.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən