Beyrutun cənubunda qorxu artır: İsrailin yeni zərbələri narahatlıq yaradıb

 10:25 07.05.2026     311

İsrail ordusunun son addımları Beyrutun cənub ətraflarında yaşayan əhali arasında ciddi narahatlıq yaradıb.

Redaktor.az xəbər verir ki, regional mənbələr bunu İsrailin “qaçılmaz təhlükə” hiss etdiyi istənilən ərazini və istənilən vaxt hədəfə almaq hüququnu özündə saxladığına dair mesaj kimi qiymətləndirirlər.

Məlumata görə, mövcud atəşkəs razılaşmasında İsrailin bu hüququ saxladığı qeyd olunur. Bununla yanaşı, ABŞ-nin Beyrut şəhərinin özü və xüsusilə cənub ətraflarının hədəfə alınmaması üçün İsrailə müəyyən məhdudiyyətlər tətbiq etdiyi bildirilir.

Qeyd olunur ki, həmin ərazilərdə indiyədək məhdud xarakterli atəşkəs rejimi qüvvədə olub.

Son həftələrdə iqtisadi və humanitar böhranın təsirlərindən əziyyət çəkən bəzi sakinlərin yenidən öz bizneslərinə və mağazalarına qayıtmağa çalışdığı vurğulanır.

Bununla belə, Beyrutun cənub ətraflarında yaşayan insanların böyük hissəsinin hələ də təhlükə qorxusu ilə yaşadığı bildirilir.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən