İran və ABŞ arasında Hörmüz boğazı ilə bağlı razılaşma əldə OLUNDU
İran və ABŞ Hörmüz boğazında gəmiçiliyin tədricən bərpası müqabilində dəniz blokadasının yumşaldılması barədə razılığa gəliblər.
Redaktor.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” Pakistandakı mənbələrə istinadən məlumat yayıb.
Məlumatda tərəflər arasında aparılan danışıqların nəticəsi olaraq boğazda tıxanmış gəmilərlə bağlı yaxın saatlarda irəliləyiş əldə olunmasının gözlənildiyi bildirilir.
Qeyd olunur ki, hazırda İran tərəfi ilə təmaslar davam edir və prosesin detalları dəqiqləşdirilir.
Aminə ŞAHSUVARQIZI













