"Parlament seçkilərinin əsas prioriteti azad və ədalətli prosesin təmin edilməsidir" - Paşinyan

 14:05 07.05.2026     207

Ermənistanın baş naziri Nikol Paşinyan qarşıdan gələn parlament seçkiləri ilə bağlı açıqlama verib.

Redaktor.az xəbər verir ki, Paşinyan bu fikirləri mayın 7-də hökumətin iclasında səsləndirib.

O bildirib ki, 8 mayda başlayan seçki kampaniyası və 7 iyunda keçiriləcək parlament seçkilərinin əsas məqsədi prosesin beynəlxalq standartlara uyğun keçirilməsidir.

Baş nazir vurğulayıb ki, seçkilərdə Ermənistan vətəndaşlarının iradəsinin sərbəst ifadəsi və seçicilərə hər hansı qanunsuz təsirin qarşısının alınması əsas prioritetlərdəndir.

Paşinyan qeyd edib ki, hüquq-mühafizə orqanları indiyədək müəyyən işlər görsə də, seçki rüşvətxorluğu və digər qanunsuz halların qarşısının alınması üçün daha diqqətli olmalıdırlar.

Onun sözlərinə görə, seçkilərin demokratik qaydalara uyğun keçirilməsi, fikir və proqramlar arasında sağlam rəqabətin təmin olunması üçün bütün zəruri şərait yaradılıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən