Ermənistanın Aİ ilə yaxınlaşması Rusiya ilə münasibətlərə necə təsir edəcək?
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Avropa İttifaqı ilə artan əməkdaşlığını tənqid edib.
Redaktor.az xəbər verir ki, Zaxarova bu açıqlamanı İrəvanda keçirilən Avropa Tərəfdaşlıq Zirvəsi ilə bağlı Ermənistan–Rusiya münasibətlərini şərh edərkən verib.
Onun sözlərinə görə, Ermənistanın hazırkı xarici siyasət kursu gələcəkdə ölkənin Avropa İttifaqının Rusiya əleyhinə mövqeyinə daha sıx qoşulmasına gətirib çıxara bilər və bu, siyasi və iqtisadi nəticələr doğura bilər.
Zaxarova iddia edib ki, Avropa İttifaqının yanaşması Ermənistanın resurslarından istifadə etməyə yönəlib və əvəzində real dəstək vermir.
O həmçinin zirvəni “siyasi şou” adlandıraraq, Avropa rəsmilərinin Ermənistana seçki dövründə dəstək nümayiş etdirdiyini bildirib və bunu ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib.
Rusiya rəsmisi Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasını tənqid edərək, bunun ölkəni “aqressiv Avro-Atlantik yanaşmalara” yaxınlaşdırdığını iddia edib.
Zaxarova əlavə edib ki, Ermənistanın Rusiyaya qarşı öhdəliklərini pozduğu fikri Moskva tərəfindən diqqətlə izlənilir və bu proses ikitərəfli münasibətlərə təsirsiz ötüşmür.
Aminə ŞAHSUVARQIZI













