İsrail ordusu fövqəladə hallar sistemini bağladı - Səbəb İran qorxusu OLDU

 15:09 07.05.2026     164

İsrail ordusu İrana məlumat sızması ehtimalına görə fövqəladə hallar sisteminə girişə məhdudiyyət qoyub.

Redaktor.az xəbər verir ki, bu barədə yerli “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.

Məlumata görə, İsrail ordusunun Daxili Cəbhə Komandanlığı tərəfindən hazırlanmış “Şual” sistemi raket zərbələri zamanı təcili yardım tədbirlərinin koordinasiyası üçün istifadə olunur.

Bildirilib ki, sistem təsir zonalarının proqnozlaşdırılması, erkən xəbərdarlıqların verilməsi, xilasetmə qruplarının istiqamətləndirilməsi, partlamamış sursatların müəyyən edilməsi və itkilərin qiymətləndirilməsi funksiyalarını yerinə yetirir.

Qəzetin yazdığına görə, İsrail ordusu məlumatların İranla əlaqəli qurumların əlinə keçə biləcəyindən ehtiyat edərək yerli hakimiyyət orqanlarının və ehtiyat əlaqə zabitlərinin sistemə girişini bloklayıb.

Məlumatda qeyd olunub ki, Təl-Əviv bu addımı gələcək hücumların dəqiqliyinin artırılması riskinin qarşısını almaq məqsədilə atıb.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən